• Bakı 21° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Pakistan Əfqanıstanla sərhəddə 19 keçid məntəqəsinə nəzarəti ələ keçirib

DÜNYA

12 Oktyabr 2025 | 08:33

Pakistan Əfqanıstanla sərhəddə 19 keçid məntəqəsinə nəzarəti ələ keçirib

Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə ölkəyə hücumlar həyata keçirmək üçün terrorçu qruplara dəstək verən 19 keçid məntəqəsinə nəzarəti ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən Geo telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Əfqanıstan silahlı qüvvələrinin həmsərhəd rayonlarda bir neçə nəzarət-buraxılış məntəqəsini atəşə tutmasından sonra Pakistan ordusu cavab zərbəsi endirib.

Əfqanıstan qüvvələrinin atəş dəstəyi ilə sərhədi keçməyə cəhd edən İŞİD və "Pakistan Taliban" yaraqlılarının qrupları da məhv edilib. Pakistan ordusu artilleriyadan, tanklardan, yüngül və ağır silahlardan istifadə edib.

Bundan əlavə, yaraqlıların sığınacaqlarına zərbələr endirmək üçün təyyarələr və dronlar havaya qaldırılıb. Xayber-Paxtunxva əyalətindəki qəbilə ağsaqqalları Pakistan ordusunun hərəkətlərini dəstəklədiklərini bildiriblər.


SON XƏBƏRLƏR

11 Oktyabr 2025