• Bakı 14° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Rusiya hökumətindən əcnəbilərlə bağlı YENİ QADAĞA

DÜNYA

11 Noyabr 2025 | 00:12

Rusiya hökumətindən əcnəbilərlə bağlı YENİ QADAĞA

Rusiya qanunvericiliyinə edilən dəyişikliklərə əsasən silahlı qüvvələrdə (SQ) xidmət edən və hərbi münaqişələrdə iştirak edən xarici vətəndaşların ölkədən çıxarılmasına qadağa qoyulacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS komissiya iclasının materiallarına istinad məlumat yayıb.

Dəyişikliklərə əsasən, belə əcnəbilər üçün ölkədən inzibati çıxarılma əvəzinə 1000 rubldan (təxminən 21 manat) 50 000-dək rubladək (təxminən 1046 manat) cərimə və ya 200 saatadək məcburi işlər nəzərdə tutulacaq. Əlavə olaraq, xarici hərbi qulluqçular hətta onlar müqavilə xidmətini başa vursalar belə, onlara qarşı ölkədə qalmağın arzuolunmazlığı, deportasiya qərarlarının tətbiqini, həmçinin müvəqqəti yaşama icazəsinin (MYİ) və daimi yaşama icazəsinin (DYİ) verilməsindən imtina edilməsini qadağan edən qanun layihəsi nəzərdən keçirilir.

Bundan əlavə, düzəlişlər qəbul edilərsə, Rusiya SQ-də xidmət edən xarici vətəndaşların istənilən xarici dövlətə verilməsinə qadağa tətbiq ediləcək.


SON XƏBƏRLƏR

10 Noyabr 2025