• Bakı 20° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Bəşər Əsəd hazırda başını "nə ilə qatır?"

DÜNYA

12 Oktyabr 2025 | 12:00 | Müəllif: Subhan Mahmudov

Bəşər Əsəd hazırda başını "nə ilə qatır?"

Keçən ilin dekabrında hakimiyyətdən devrilən Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd hazırda ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskvada yaşayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Die Zeit" nəşri məlumat yayıb.

Qəzet yazır ki, Əsəd ailəsi "Moskva-Siti" kompleksindəki göydələnlərdən birində təxminən 20 bahalı mənzilə sahibdir. Həmin binalarda isə bir çox xarici vətəndaş, siyasətçi və iş adamı yaşayır.

Mənbənin məlumatına görə, Əsədin həyatı ciddi nəzarət altındadır və ona ictimai açıqlamalar vermək və ya siyasi fəaliyyətlə məşğul olmaq qadağandır. Bu qaydalara əməl etdiyi təqdirdə, onun və ailəsinin Rusiyada təhlükəsizliyinə təminat verilir.

KİV yazır ki, Əsəd ailəsinin Moskva ətrafında dəbdəbəli villası mövcuddur və sabiq Prezident bəzən orada qalır. B.Əsəd vaxtının çoxunu isə onlayn oyunlar oynamaqla keçirir./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026