• Bakı 16° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Qazaxıstan Ermənistana ayda 20 min ton buğda tədarük edə bilər

DÜNYA

11 Noyabr 2025 | 10:53

Qazaxıstan Ermənistana ayda 20 min ton buğda tədarük edə bilər

Qazaxıstan Ermənistana ayda 20 min tona qədər buğda tədarük edə bilər.

Bakıvaxtı.az-ın fransızdilli erməni saytı “armenews.com”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin törəmə qurumu olan Ərzaq Korporasiyası Qazaxıstan buğdasının sabit tədarükündə maraqlı olan erməni tərəfdaşlarla danışıqlar aparır. Şirkət İrəvana taxıl tədarükünün gələcəkdə arta biləcəyini qeyd edib.

Qeyd edək ki, ötən həftə Qazaxıstan Ermənistan tarixində ilk dəfə olaraq bu ölkəyə buğda yükü göndərib. 1000 ton buğda daşıyan 15 vaqonlu qatar Rusiya, Azərbaycan və Gürcüstan üzərindən Ermənistana gəlib.

Aydın Baxış


SON XƏBƏRLƏR

10 Noyabr 2025