• Bakı 10° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

İstanbulda evdə yanğın - 3 uşaq həlak oldu

DÜNYA

11 Dekabr 2025 | 10:20

İstanbulda evdə yanğın - 3 uşaq həlak oldu

İstanbulun Fevzi Çakmak məhəlləsinin Umman küçəsində yerləşən 2 mərtəbəli binanın girişindəki mənzildə naməlum səbəbdən yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər, polis və təcili tibbi yardım heyətləri cəlb olunub.

Yanğın zamanı sakinlər tərəfindən evdən çıxarılan 4 uşaq təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Fövqəladə Hallar xidmətinin müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb və söndürülüb.

Xəstəxanaya yerləşdirilən uşaqlardan 3-nün həyatını itirdiyi, 1-nin isə vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, uşaqların anası yanğın baş verən vaxt evdə olmayıb./APA


SON XƏBƏRLƏR

10 Dekabr 2025