ABŞ hökuməti tərəfindən müvəqqəti Venesuela hökuməti ilə əməkdaşlıq çərçivəsində daha bir neft tankeri saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth” hesabında açıqlayıb.
"Bu gün ABŞ müvəqqəti Venesuela hökuməti ilə koordinasiyalı şəkildə bizim icazəmiz olmadan Venesuelanı tərk edən bir neft tankerini saxlayıb. Tanker hazırda Venesuelaya qaytarılır və neft bu cür satışlar üçün hazırladığımız böyük enerji müqaviləsi çərçivəsində satılacaq", - Tramp əlavə edib.
Bakı 




