• Bakı C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Trampdan ANONS: "Si Cinpini Ağ Evdə qəbul edəcəyəm"

DÜNYA

09 Fevral 2026 | 08:00

Trampdan ANONS: Si Cinpini Ağ Evdə qəbul edəcəyəm

ABŞ prezidenti Donald Tramp Amerikanın NBC kanalına verdiyi müsahibədə Çin Xalq Respublikasının Sədri Si Cinpini ilin sonuna yaxın Ağ Evdə qəbul edəcəyini deyib.

Bakıvaxtı.az xəbər verir ki, D.Tramp digər məsələlərlə yanaşı, ticarət məsələlərini də müzakirə edəcəklərini bildirib:

"O, ilin sonuna yaxın Ağ Evə gələcək. ABŞ və Çin dünyanın ən güclü iki ölkəsidir və aramızda çox yaxşı münasibətlər var".  

Müsahibə zamanı Tramp aprel ayında Çinə səfər edəcəyini bir daha təsdiqləyib.

Məlumat üçün bildirək ki, Donald Trampın ötən il hakimiyyətə qayıtmasından bəri iki supergüc arasında münasibətlərin gərginləşməsinə səbəb olan Vaşinqton və Pekin arasında tariflər üzərində yaranan qarşıdurma fonunda ABŞ prezidenti iki liderin mütəmadi olaraq iqtisadi və ticarət məsələləri ilə bağlı fikir mübadiləsi apardıqlarını iddia edib:

"Bilirsiniz, mənim onunla və onun da mənimlə yaxşı münasibətdə olması vacibdir”.

Donald Tramp əlavə edib ki, Çin indi ABŞ-yə çoxlu miqdarda tarif ödəyir, ancaq keçmişdə bu hal az yaşanıb:

“Çinə tarif tətbiq edən mənəm. Ölkəmiz yüz milyardlarla dollar tarif toplayıb”.

Aydın Baxış


SON XƏBƏRLƏR

08 Fevral 2026