• Bakı C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Vuçiç Serb Respublikasının yeni prezidentini təbrik edib

DÜNYA

09 Fevral 2026 | 08:10

Vuçiç Serb Respublikasının yeni prezidentini təbrik edib

Serb Respublikasının (Republika Srpska -Bosniya və Herseqovinada iki əsas siyasi qoldan biri) bir neçə şəhərində fevralın 8-də prezidenti postu üzrə keçirilən növbədənkənar seçkilərdə Sinişa Karan qalib gəlib.

Bakıvaxtı.az  xəbər verir ki, Sinişa Karan 218 min 481 səs toplayıb, digər namizəd Branko Blanuşa isə 209 min 200 səs qazanıb.

Müstəqil Sosial Demokratlar Partiyasının (SNSD) lideri Milorad Dodik namizədi Sinişa Karanın qələbəsini elan edərək bunun Bosniya və Herseqovinanın Republika Srpska entitetində keçirilən əvvəlki prezident seçkiləri ilə müqayisədə daha böyük qələbə olduğunu bildirib.

Serbiya Respublikasını Prezidenti Aleksandar Vuçiç isə nəticələrin elanından dərhal sonra Sinişa Karanı təbrik edib.

"Əminəm ki, yeni vəzifənizi müdrik və məsuliyyətli liderə xas fədakarlıqla icra edəcəksiniz. Xalq tərəfindən seçilməyin gətirdiyi məsuliyyət hər birimiz üçün ən böyük, ağır və müqəddəs öhdəlikdir. Xalq qarşısında böyük çağırışlar dayanır. Serbiya hər zaman Serb Respublikasının yanında olacaq, xalqımızın və bütün vətəndaşların rifahı naminə bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və əlaqələri möhkəmləndirmək üçün səylə çalışmağa hazırıq".


SON XƏBƏRLƏR

08 Fevral 2026