• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Londondan Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

DÜNYA

08 Fevral 2026 | 22:35 | Müəllif: Subhan Mahmudov

Londondan Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

8 fevral tarixində "Virgin Atlantic" aviaşirkətinə məxsus hava gəmisinin komandiri London–Dehli marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə qeydə alındığı üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün müraciət edib.

Hava limanından Bakıvaxtı.az-a verilən məlumata görə, "Airbus A350" tipli təyyarə yerli vaxtla saat 21:26-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişinə tibbi xidmət tərəfindən operativ şəkildə ilkin tibbi yardım göstərilib. Hazırda sərnişinin vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya və təhlükəsizlik tələblərinə uyğun olaraq bütün aidiyyəti qurumlarla koordinasiyanı təmin edib. Aeroport tərəfindən uçuş təhlükəsizliyi və sərnişinlərin sağlamlığı prioritet olaraq qorunur və bu istiqamətdə bütün əməliyyatlar operativ şəkildə icra edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026