• Bakı C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Tramp dərman saytı yaratdı

DÜNYA

08 Fevral 2026 | 23:57

Tramp dərman saytı yaratdı

ABŞ Prezidenti Donald Tramp dərmanlara endirim təklif edən və "TrampRx" adlandıran veb sayt yaradıb. 

Bakıvaxtı.az xəbər verir ki, sayt dərman satmasa da, reseptli həbləri tapa və endirim kuponunu yükləməklə nə qədər qənaət edə biləcəyinizi öyrənə bilərsiniz.

Saytın istifadəyə verildiyi vaxtda arıqlama dərmanları da daxil olmaqla təxminən 40 preparat mövcud olub.  

Bir sıra ABŞ əczaçılıq şirkətlərinin artıq məhsullarını "TrampRx" vasitəsilə endirimlə təklif etməyə razılaşdıqları bildirilir.

Qeyd edək ki, ABŞ dərmanların ən bahalı bazarlarından biri hesab olunur. 


SON XƏBƏRLƏR

08 Fevral 2026