• Bakı C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

“Epşteyn işi”: Səfir istefa verdi

DÜNYA

09 Fevral 2026 | 08:32

“Epşteyn işi”: Səfir istefa verdi

İsrail-Fələstin münaqişəsinin həllində mühüm rol oynamış Norveçin İordaniyadakı səfiri Mona Cülun amerikalı cinayətkar Ceffri Epşteyn ilə əlaqələrinin araşdırılmasına başlandıqdan sonra istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər naziri Espen Bart Eide qeyd edib:

"Bu, düzgün və zəruri qərardır. Cülun məhkum edilmiş və cinsi cinayətlər də daxil omaqla bir çox hüquq pozuntusunda iştirak etmiş Epşteynlə təmasları yanlış qərar verdiyini göstərdi".

Norveç mediasının məlumatına görə, 2019-cu ildə həbsxanada intihar edən Ceffri Epşteyn xanım Cülun və onun Oslo Sazişləri danışıqlarında da iştirak edən əri, diplomat Terje Rod-Larsenin iki uşağına 10 milyon dollar vəsiyyət edib.

Norveçin rəsmi dairələri, xüsusən də Dünya İqtisadi Forumunun baş direktoru Borge Brende və ağır korrupsiya ittihamı ilə istintaq altında olan keçmiş Baş nazir Torbyorn Yaqland (1996-1997) da Epşteyn “dalğası”na düşüblər.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilən milyonlarla səhifədə dəfələrlə adı çəkilən Tac Şahzadəsi Mette-Marit amerikalı cinayətkarla dostluğundan dərin təəssüf hissi keçirdiyini bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR

08 Fevral 2026