• Bakı C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Ukrayna bu ölkə ilə hərbi əməkdaşlıq üzrə yol xəritəsi imzaladı

DÜNYA

09 Yanvar 2026 | 23:19

Ukrayna bu ölkə ilə hərbi əməkdaşlıq üzrə yol xəritəsi imzaladı

Ukrayna və Böyük Britaniya Kiyevdə cari il üçün müdafiə sahəsində əməkdaşlıq üzrə yol xəritəsi imzalayıb. Sənəddə Rusiyanın yeni hücumları fonunda hava hücumundan müdafiə, pilotsuz uçuş aparatları və aviasiya sahələrində birgə layihələr müəyyənləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal Teleqram hesabında məlumat verib.

“Bu gün Kiyevdə Böyük Britaniyanın müdafiə naziri Con Hili ilə birlikdə müdafiə sahəsində yüzillik tərəfdaşlığın inkişafına dair yol xəritəsini imzaladıq”, – deyə o yazıb.

Razılaşma iki dövlət arasında uzunmüddətli hərbi-texniki və sənaye əməkdaşlığının əsasını qoyur.

“Bu sənəd Rusiyanın hücumlarından Ukraynanı qorumaq imkanlarımızı gücləndirəcək genişmiqyaslı müdafiə layihələrinə yol açır”, – Şmıqal vurğulayıb.


SON XƏBƏRLƏR

09 Yanvar 2026