• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tbilisinin 9 məşhur restoranı bağlandı

DÜNYA

08 Fevral 2026 | 20:11 | Müəllif: Subhan Mahmudov

Tbilisinin 9 məşhur restoranı bağlandı

Gürcüstanın Milli Qida Agentliyi paytaxt Tbilisi də daxil olmaqla, bir neçə bölgədəki restoran, kafe və barlarda yoxlamalar aparıb. Agentlik turistlər arasında məşhur olan 20 qida müəssisəsindən doqquzunu bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat yayıb.

Bağlanan müəssisələrə şəhər mərkəzində yerləşən Asiya mətbəxi təklif edən kafe və restoranlar, o cümlədən məşhur “Fire Wok”, “Evil Wok” və “Yoko Asia” restoranları da daxildir.

Restoran və kafelər gigiyena və sanitariya standartlarına ciddi şəkildə riayət edilməməsi səbəbindən bağlanıb.

Bundan əlavə, Milli Qida Agentliyi qeydiyyatsız fəaliyyət göstərmək, qida saxlama və etiketləmə qaydalarını pozmaq kimi hallar aşkar edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR