Ukrayna prinsip etibarı ilə Rusiyanın Krım və ya Donbas üzərində suverenliyi ilə əlaqədar heç bir qərarı tanımayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Onun sözlərinə görə, istənilən ölkənin müvafiq qərarı hüquqi cəhətdən etibarsız olacaq:
"Biz bunu heç vaxt qəbul etməyəcəyik. Və bu, beynəlxalq hüququn pozulması olardı.Söhbət Ukraynadan getmir. Söhbət prinsipdən gedir"
Bakı 




