Moskvaya yönəlmiş daha bir pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Bakıvaxtı.az-ın TASS-a istinadən xəbərinə görə, Moskva meri Sergey Sobyanin bildirib ki, dronun vurulduğu ərazidə qəza-xilasetmə və təcili yardım xidmətləri operativ şəkildə fəaliyyət göstərir.
Onun sözlərinə görə, gün ərzində vurulan PUA-ların sayı 31-ə çatıb. Ümumilikdə isə bir gecədə 32 pilotsuz uçan aparat məhv edilib.
Əli Hüseynov
Bakı 



