• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tbilisidə ticarət mərkəzi yanır

DÜNYA

09 Yanvar 2026 | 22:21 | Müəllif: Subhan Mahmudov

Tbilisidə ticarət mərkəzi yanır

Tbilisi şəhərində yerləşən "Qızıl Ark" (Kidobani) ticarət mərkəzində yanğın qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, yanğın ticarət mərkəzindəki mağazalardan birində başlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata görə, hadisə yerinə operativ şəkildə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər davam etdirilir. Xəsarət alanlar barədə məlumat yoxdur.

Mağaza sahiblərinin sözlərinə görə, yanğın qızıl mağazasında başlayıb və sonra digər mağazalara keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026