Vaşinqton və Tokio iki Amerika B-52 bombardmançısının iştirakı ilə birgə təlimlər keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya özünümüdafiə qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Manevrlər Yapon dənizi üzərində baş tutub. Yaponiya üç ədəd F-35 və üç ədəd F-15 qırıcı təyyarəsini havaya qaldırıb.
Təlimlərin bəyan edilmiş məqsədi status-kvonun güc yolu ilə dəyişdirilməsinə yol verməmək və Yaponiya-ABŞ müttəfiqliyinin çəkindirmə və cavab tədbirləri imkanlarını daha da gücləndirməyə hazır olmaqdır.
Bakı 



