2025-ci ilin əvvəlindən bəri ABŞ 2,5 milyon xarici vətəndaşı deportasiya edib ki, onlardan 1,9 milyonu özünü deportasiya proqramı çərçivəsində ölkəni könüllü olaraq tərk edib, 600 min nəfər isə zorla deportasiya edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) məlumat verib.
"365 gündən az müddətdə ölkəmizdən 600 min qeyri-qanuni mühacir deportasiya edilib. Özlərini könüllü olaraq deportasiya edən 1,9 milyon şəxslə birlikdə ABŞ-ni tərk edən qeyri-qanuni mühacirlərin ümumi sayı 2,5 milyonu ötüb", - departamentin bəyanatında deyilir.
Daxili İşlər Nazirliyi əlavə edib ki, deportasiyaların sayı "yalnız başlanğıcdır".
Zeynəb Rzayeva
Bakı 



