• Bakı 10° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Kamboca sərhədində 9 Tayland əsgəri həlak olub

DÜNYA

11 Dekabr 2025 | 10:45

Kamboca sərhədində 9 Tayland əsgəri həlak olub

Kamboca ilə sərhəddə döyüşlər zamanı Tayland hərbçiləri arasında ölənlərin sayı 9-a çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sinxua" Tailandın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki , daha 120 nəfər yaralanıb.

Məlumata görə, toqquşmalar nəticəsində təxminən 200 min taylandlı evlərini tərk etmək məcburiyyətində qalıb. Müdafiə Nazirliyi ümumilikdə 849 müvəqqəti məskunlaşma mərkəzinin yaradıldığını iddia edir. Nazirlik həmçinin 200-ə yaxın xəstəxana və klinikanın zədələndiyini bildirib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

10 Dekabr 2025