Ermənistan Baş naziri Nikol Paşinyanı daşıyan təyyarə Moskvaya enə bilməyib.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Ukrayna dronlarının hücumu olub.
Belə ki, dron hücumlarına görə Nikol Paşinyanın olduğu təyyarənin dekabrın 11-nə keçən gecə Moskvaya eniş etməsi mümkün olmayıb.
Paşinyanın təyyarəsi Tver bölgəsində təxminən bir saat dövrə vuraraq eniş üçün icazə gözləsə də, bu, mümkün olmayıb.
Nəticədə təyyarə Sankt-Peterburqa yola düşüb, gecə saat bir radələrində Pulkova aeroportuna enib.
Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa Moskvaya yola düşüb.
Bakı 



