• Bakı C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Paşinyan Moskvada Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

DÜNYA

11 Dekabr 2025 | 09:45

Paşinyan Moskvada Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Hamburqdan Moskvaya gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Paşinyan Hamburqda reportyorlarla söhbətində deyib. 

"Yeri gəlmişkən, mən buradan Moskvaya gedəcəyəm, orada Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etməyi planlaşdırıram. Hazırda biz Avropa İttifaqı ilə əlaqələri gücləndiririk və mən buradan Moskvaya gedirəm. Burada hər hansı uyğunsuzluq varmı? Aydındır ki, heç bir şey yoxdur", - Baş nazir qeyd edib.

Aynur Babazadə


SON XƏBƏRLƏR

29 Yanvar 2026