• Bakı 19° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi

DÜNYA

11 Noyabr 2025 | 09:34

Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiyasını ölkəsinə qarşı “hibrid müharibə” apardığını bildirib. Bu barədə o, noyabrın 5-də özünün teleqram kanalında paylaşım edib.

Simonyan Moskvanın “mediada təsir vasitələrindən istifadə edərək İrəvana təzyiq göstərdiyini” bildirib.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Simonyana cavab verib.

Zaxarova bildirib ki, bu cür bəyanatlar iki ölkə arasında münasibətlərin inkişafına qarşı yönəlib:

“Belə fikirləri səsləndirənlər əslində Rusiya ilə Ermənistan arasında əlaqələrin inkişafına qarşı çıxırlar.”

O qeyd edib ki, Moskva erməni tərəfin narahatlıqlarını açıq şəkildə müzakirə etməyə hazırdır:

“Biz Ermənistan parlamenti xətti ilə, eləcə də aidiyyəti qurumlar arasında təklif etdiyimiz məsləhətləşmələr çərçivəsində bu məsələləri müzakirə etməyə hazırıq.”


SON XƏBƏRLƏR

10 Noyabr 2025