• Bakı -0° C

    8.72 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 1,8 milyon barel azalıb

DÜNYA

11 Dekabr 2025 | 00:42

ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 1,8 milyon barel azalıb

ABŞ-nin kommersiya xam neft ehtiyatları keçən həftə 1,8 milyon barrel azalaraq 5 dekabr 2025-ci il tarixinə 425,7 milyon barrelə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, cari inventar səviyyəsi ilin bu dövrü üçün beşillik orta göstəricidən 4% aşağıdır.

Bakı vaxtı ilə saat 19:30-a olan məlumata görə, Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,74% azalaraq 61,48 dollar/barel, WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 0,77% enərək 57,8 dollar/barel təşkil edib.


SON XƏBƏRLƏR

21 Yanvar 2026