"Pinterest" sosial şəbəkəsi 2026-cı ilin ən yaxşı trendlərini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, sərin çalarlar, mirvari makiyaj, krujeva və vampirlərdən ilhamlanan qotik üslublar ən yaxşı trendlər arasındadır. Sərin mavi xüsusilə diqqət çəkir. Mütəxəssislər, həmçinin, heyvan izləri, kəpənəklər, yarpaqlar və çillərlə vəhşi təbiət üslubunu vurğulayıblar.
Daha əvvəl Pantone Rəng İnstitutu 2026-cı ilin rəngini açıqlamışdı: "Bulud Rəqqası". Mütəxəssislərin fikrincə, neytral ağ bu səs-küylü dünyaya sakitlik gətirəcək.
"Ətrafımızdakı kakofoniya bizi bürüyərək daxili səsimizi eşitməyimizə mane olur. "Bulud Rəqqası" xarici yayındırıcı amilləri aradan qaldıraraq diqqətimizi cəmləşdirməyə kömək edir", - "Pantone"un baş direktoru Leatris Eiseman bildirib.
Bakı 



