• Bakı C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Meloni: Avropanın Rusiya ilə dialoqu bərpa etmək vaxtı çatıb

DÜNYA

09 Yanvar 2026 | 21:11

Meloni: Avropanın Rusiya ilə dialoqu bərpa etmək vaxtı çatıb

İtaliyanın Baş naziri Ciorcia Meloni bəyan edib ki, Avropa İttifaqının (Aİ) Moskva ilə birbaşa dialoqu bərpa etmək vaxtı çatıb, çünki bu halda Aİ Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqlarda təsir imkanına malıik olar.

Bakıvaxtı.az İtaliyanın "ANSA" nəşrinə istinadən xəbər verir ki, o, bu barədə yanvarın 9-da keçirdiyi mətbuat konfransında bildirib.

Meloni Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə birbaşa dialoq zərurəti haqqında fikrini dəstəkləyib.

"Bu baxımdan, düşünürəm ki, Makron haqlıdır. Hesab edirəm ki, Avropanın Rusiya ilə danışmaq vaxtı gəlib, əks təqdirdə bizim təsir imkanlarımız məhdud olacaq. Lakin məsələ ondadır ki, bunu kim etməlidir? Biz xaotik hərəkət etməməliyik – əks təqdirdə Rusiya Prezidenti Vladimir Putinin əlinə oynayarıq", – Baş nazir vurğulayıb.


SON XƏBƏRLƏR

09 Yanvar 2026