• Bakı 10° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Paşinyana qarşı ittiham: “Korrupsiyaya qarşı mübarizə...”

DÜNYA

11 Dekabr 2025 | 08:14

Paşinyana qarşı ittiham: “Korrupsiyaya qarşı mübarizə...”

Baş nazir Nikol Paşinyan hökuməti Ermənistanda korrupsiyaya qarşı mübarizədə göstərdiyi səylərdə son illərdə heç bir irəliləyiş əldə etməyib.

Bakıvaxtı.az fransızdilli erməni saytı “armenews.com”a istinadən xəbər verir ki, “Transparency İnternational”a bağlı Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi (AKM) də hökumətin onu tənqid edənlərə qarşı repressiyalarını və inzibati resurslardan geniş şəkildə sui-istifadə etməsini pisləyib. Bildirilib ki, bu, gələn il Ermənistanda keçiriləcək parlament seçkilərinin azadlığını və ədalətli olmasını şübhə altına alır.

Xəbərdə deyilir ki, 2025-ci ilin əvvəlində dərc edilmiş məlumatlara görə, “Transparency İnternational” təşkilatının 2024-cü il üçün Korrupsiyanı Qavrama İndeksində (CPI) Ermənistanın balı 2023-cü ildən 47 balla dəyişməz qalıb və bu, ötən il ərzində korrupsiya ilə mübarizədə heç bir irəliləyişin olmadığını göstərir”.

Mətndə qeyd edilib ki, N. Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra dəfələrlə sistemli korrupsiyanı aradan qaldırdığını iddia edib. Bununla belə, onun yaxın çevrəsinin üzvləri media tərəfindən getdikcə daha çox vəzifələrindən özlərini, ailələrini və ya yaxınlarını varlanmaq üçün istifadə etməkdə ittiham edirlər. Onların heç biri bu əməllərinə görə məsuliyyətə cəlb edilməyib.  Hakimiyyət bunun əvəzində tənqidçilərin konstitusiyaya zidd hesab etdiyi repressiyaya başlayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

10 Dekabr 2025