Ukrayna yenilənmiş sülh planını ABŞ-yə təqdim edib.
Bakıvaxtı.az “Agence France-Press”ə (AFP) istinadən xəbər verir ki, məsələyə yaxın olan iki ukraynalı məlumatı təsdiqləyib. Ukraynanın yüksək rütbəli rəsmisi əlavə təfərrüatlar vermədən bildirib ki, Kiyev münaqişəni dayandırmaq üçün planın yeni variantını artıq Vaşinqtona göndərib.
İkinci Ukrayna rəsmisi söyləyib ki, son versiya ölkənin perspektivini nəzərə alır:
“Bu, problemli məsələlərin uyğun həlli üçün daha əhatəli təklifdir. Amerika tərəfinin reaksiyasını gözlədiyimiz üçün təfərrüatları açıqlamırıq".
Qeyd edək ki, Amerikanın ilkin təklifi hələ fəth etmədiyi Ukrayna ərazilərinin Rusiyaya verilməsini nəzərdə tuturdu. Kiyev və onun avropalı müttəfiqləri tərəfindən Moskva üçün xüsusilə əlverişli hesab edilirdi. Ukrayna prezidenti Vladimir Zelenski planın üç sənədə bölündüyünü təsdiqləyib: 20 bəndlik çərçivə sazişi, təhlükəsizlik zəmanətləri haqqında sənəd və Ukraynanın müharibədən sonra yenidən qurulmasına dair digər sənəd.
Vladimir Zelenski Donald Trampın elçisi və kürəkəni Jared Kuşner, ABŞ-nin Maliyyə Naziri Skot Bessent və “BlackRock”un baş direktoru Larri Fink ilə Ukraynanın yenidən qurulmasını müzakirə etmək üçün videokonfrans keçirdiyini söyləyib:
"Bu, Ukraynanın yenidən qurulması və iqtisadi dirçəlişi ilə bağlı sənəd üzərində işləyəcək qrupun ilk iclası hesab edilə bilə:
“Biz həmçinin müharibəyə son qoymaq üçün çərçivə sənədinin 20 bəndi ilə bağlı düşüncəmizi yenilədik. Bu, iqtisadi təhlükəsizliyi müəyyən edəcək və təhlükəsiz biznes mühitini dəstəkləyəcək hərtərəfli təhlükəsizlikdir".
Aydın Baxış
Bakı 



