• Bakı 16° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

İstintaq başa çatdı: İmamoğlu və adamlarını hansı cəza gözləyir?

DÜNYA

11 Noyabr 2025 | 10:51

İstintaq başa çatdı: İmamoğlu və adamlarını hansı cəza gözləyir?

İstanbul Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) ​​qarşı korrupsiya istintaqını 230 gündən sonra başa çatdırıb.

Bakıvaxtı.az Publika.az-a istinadən xəbər verir ki, təxminən 4 min səhifəlik ittihamnamə son təsdiqdən sonra yaxın günlərdə məhkəməyə təqdim ediləcək.

İBB keçmiş sədri Əkrəm İmamoğlunun ilk sırada yer aldığı ittihamnamədə şübhəlilərin ümumi sayı 400-ü keçib.

İmamoğlunun yaxın adamları arasında İBB sözçüsü Murat Ongun, İmamoğlu Tikinti şirkətinin baş direktoru Tuncay Yılmaz, İBB İdman Klubunun prezidenti Fatih Keleş, İBB Tərəfdaşlıq Komissiyasının sədri Ertan Yıldız, İmamoğlunun vəkili Mehmet Pehlivan kimi şəxslərin adları var.

Qeyd edək ki, şübhəlilər "cinayətkar təşkilat yaratmaq və ona rəhbərlik etmək", "cinayətkar təşkilata üzvlük", "hədə-qorxu ilə tələb etmək", "rüşvətxorluq", "ağır dələduzluq", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "tender saxtakarlığı" da daxil olmaqla onlarla ayrı-ayrı cinayətdə ittiham olunacaqlar.

Bununla yanaşı, İmamoğlunun rəhbərlik etdiyi təşkilatın bir çox tanınmış iş adamını necə şantaj etdiyi də açıqlanacaq.


SON XƏBƏRLƏR

10 Noyabr 2025