• Bakı 16° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Tokayev: Qazaxıstan və Rusiyanı ortaq dəyərlər birləşdirir

DÜNYA

11 Noyabr 2025 | 11:44

Tokayev: Qazaxıstan və Rusiyanı ortaq dəyərlər birləşdirir

Astana və Moskvanı ortaq ənənəvi dəyərlər və xalqların rifahı naminə birgə fəaliyyət birləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Əbədi dostluq – xalqlarımız üçün bələdçi ulduz" adlı məqaləsində bildirib.

"Xalqlarımız əsrlər boyu yan-yana yaşayıb, sevinci və çətinlikləri birgə bölüşüb, Avrasiyanın vahid mədəni məkanını formalaşdırıblar. Bizim ortaq dəyərlərə, bənzər baxışlara və qardaş xalqlarımızın rifahı üçün birgə səylərə əsaslanan münasibətlərimiz möhkəm təməl üzərində qurulub", - o qeyd edib.

Prezidentin sözlərinə görə, bu sarsılmaz əsas üzərində iki ölkə qarşılıqlı hörmət, tarixi və mədəni yaxınlıq prinsipləri əsasında çoxşaxəli əməkdaşlığı uğurla davam etdirir:

"Qazaxıstan və Rusiya müttəfiq və strateji tərəfdaş dövlətlərdir. Tarix özü bizim əbədi dostluğumuzu, bütün sahələrdə geniş əməkdaşlığı və humanitar əlaqələrin yaxınlığını müəyyən edib".


SON XƏBƏRLƏR

10 Noyabr 2025