• Bakı 17° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Tramp İsrail parlamentində çıxış edəcək

DÜNYA

12 Oktyabr 2025 | 09:20

Tramp İsrail parlamentində çıxış edəcək

ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də Knessetdə (İsrail parlamenti) çıxış edəcək və Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək mərasimdə iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 13-ü səhər saatlarında İsrailə gələcək Tramp daha sonra "HƏMAS" girovlarının ailələri ilə görüşəcək və Knessetdə çıxış edəcək. Daha ətraflı məlumat verilməyib.

Amerika lideri mərasimdə iştirak etmək üçün Bakı vaxtı ilə saat 14:45-də Şarm əl-Şeyxə gedəcək. O, qısa müddət sonra ABŞ-ya yola düşəcək.

Daha əvvəl Tramp Misirdə bir çox ölkənin liderləri ilə görüşlər keçirəcəyini açıqlayıb.


SON XƏBƏRLƏR

11 Oktyabr 2025