• Bakı 19° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Hindistanda avtomobil partlayışı terror aktı kimi araşdırılır

DÜNYA

11 Noyabr 2025 | 08:42

Hindistanda avtomobil partlayışı terror aktı kimi araşdırılır

Hindistan hüquq-mühafizə orqanları Yeni Dehlidə avtomobil partlayışını terror aktı kimi qiymətləndirir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Reuters" yerli mətbuata istinadən xəbər yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları ölkənin suverenliyini və bütövlüyünü təhdid edən terrorizmlə əlaqəli hərəkət və fəaliyyətlərin araşdırılması, təqibi haqqında qanun çərçivəsində hərəkət edir.

Noyabr 10-da axşam Yeni Dehlidəki tarixi Qırmızı Qalanın yaxınlığında avtomobil işıqforda partlayıb. Hindistanın daxili işlər naziri Amit Şahın sözlərinə görə, hadisə zamanı səkkiz nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Araşdırma aparılır.

Hadisədən sonra Yeni Dehlidə, eləcə də qonşu Uttar-Pradeş ştatında, Mumbayda Bihar, Kerala və bir neçə digər ştatda yüksək həyəcan elan edilib.


SON XƏBƏRLƏR

10 Noyabr 2025