• Bakı 20° C

    7.11 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Bahar Muradova Şamaxıda vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR

CƏMİYYƏT

12 Sentyabr 2025 | 21:33

Bahar Muradova Şamaxıda vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sentyabrın 12-də Şamaxı rayonunda vətəndaşları qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a Komitədən bildirilib.

Məlumata görə, qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Qəbula gələn Şamaxı və Qobustan rayon sakinləri əsasən alimentin ödənilməsi, uşaqla ünsiyyətin təmin olunması, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, işlə təmin olunma və digər məsələlərə dair müraciət ediblər.

Komitənin məsul əməkdaşlarının da iştirak etdiyi qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa zamanda müvafiq həll yollarının müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.


SON XƏBƏRLƏR