• Bakı 15° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq...

CƏMİYYƏT

12 Oktyabr 2025 | 20:13

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq...

Milli Hidrometeorologiya Xidməti oktyabrın 13-ü axşamdan 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında, 13-dən 14-ü səhərədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan və Ağdamda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


SON XƏBƏRLƏR

11 Oktyabr 2025