• Bakı 18° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

İşdən icazə almaq asanlaşdı - YENİLİK

CƏMİYYƏT

11 Noyabr 2025 | 15:04

İşdən icazə almaq asanlaşdı - YENİLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminin “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsində işdən qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi imkanı da yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, yeni funksionallıq işəgötürənlər üçün prosesi sadələşdirərək onun idarə olunması imkanlarını genişləndirib.

Belə ki, işəgötürənlər icazə limitlərinin təyin edilməsi zamanı “Xidməti icazə işçilərin saat limitindən hesablansın?” bölməsində “Bəli” və ya “Xeyr” seçimləri vasitəsilə bu funksionallığı aktiv və ya deaktiv edə bilirlər.

Xidmət aktiv olduqda, bu müddət “Xidməti” icazə kimi qeydə alınır və işçinin ümumi icazə saatlarına daxil edilmir.

Yeni imkan işçi və işəgötürənlər arasında rəsmi yazışmaların daha çevik və şəffaf şəkildə aparılmasına, həmçinin daxili əmək proseslərinin rəqəmsal şəkildə daha səmərəli idarə olunmasına şərait yaradır.


SON XƏBƏRLƏR

10 Noyabr 2025