Almaniya hökuməti Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində Rusiya vətəndaşlarına Şengen ölkələrinə səyahət etmək üçün vizaların verilməsində daha sərt məhdudiyyətlər axtarmaq niyyətindədir.
Bakıvaxtı.az "DPA" agentliyinə istinadən xəbər verir ki, Berlinin hazırladığı sənəddə Avropa Komissiyasının 2022-ci ildə dərc etdiyi tövsiyələrin tam yerinə yetirilməsi tələb olunur. Bu tövsiyələr Rusiya vətəndaşlarına Aİ ölkələrinə turist səfərləri üçün vizaların verilməsinə əhəmiyyətli məhdudiyyət qoyulmasını nəzərdə tutur.
Aİ-nin son məlumatlarına görə, 2024-cü ildə Rusiya vətəndaşlarına Aİ ölkələrinə və digər Şengen ölkələrinə, o cümlədən İsveçrəyə səyahət etmək üçün təxminən 542 min qısamüddətli viza verilib. Bu, 2023-cü illə müqayisədə təxminən 20% çoxdur. 2024-cü ildə Almaniyanın Rusiya vətəndaşlarına verdiyi Şengen vizalarının ümumi sayı təxminən 27,3 min təşkil edib. Bundan əlavə, təhsil və ya iş səfərləri üçün zəruri olan uzunmüddətli qalmaq üçün 11,3 minə yaxın milli viza verilib.
Gülşən Şərif