• Bakı 21° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Husilər İsrailə qarşı hücumları dayandırmaq üçün şərt irəli sürüb

DÜNYA

12 Oktyabr 2025 | 14:23

Husilər İsrailə qarşı hücumları dayandırmaq üçün şərt irəli sürüb

Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) İsrail tərəfindən Qəzza sektorunda atəşkəs razılaşmasına əməl olunacağı halda, bu ölkəyə raket hücumlarını və Qırmızı dənizdə gəmilərə edilən hücumları dayandıracaq.

Bakıvaxtı.az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə hərəkatın siyasi bürosunun üzvü Huzam əl-Əsəd bildirib.

"Əgər İsrail razılaşmaya əməl edərsə, hərbi əməliyyatlarımız dayandırılacaq, lakin biz onun icrasını izləməyə davam edəcəyik," – deyə o vurğulayıb.

Əl-Əsəd əlavə edib ki, əgər İsrail Qəzzadakı fələstinlilərə qarşı təcavüz və blokadanı bərpa edərsə, husilər hərbi əməliyyatları əvvəlkindən daha intensiv şəkildə davam etdirəcəklər.

Qeyd edək ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəs razılaşmasına nail olublar. Razılaşma 10 oktyabrda, İsrail qoşunlarının Qəzza sektorundan qismən geri çəkilməsindən sonra qüvvəyə minib.


SON XƏBƏRLƏR

11 Oktyabr 2025