• Bakı 17° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Fələstin hökuməti Avropaya yollanır - Bu səbəbdən

DÜNYA

11 Noyabr 2025 | 12:01

Fələstin hökuməti Avropaya yollanır - Bu səbəbdən

Fələstin Administrasiyasının nümayəndələri  Fələstin  dövlətinin tanınması üçün bir sıra Avropa ölkələrinə səfər edəcəklər.

Bakıvaxtı.az "Le-figaro.fr"ya istinadən xəbər verir ki, bu barədə Fələstinin keçmiş baş naziri Məhəmməd Ştayye bildirib.

O qeyd edib ki, onlar Hollandiya və Avstriyaya səfər etməyi planlaşdırırlar:

“Başqa bir nümayəndə heyəti Baltikyanı ölkələrə səfər edəcək. Ümid edirik ki, prezidentimiz İtaliya və Almaniyaya yollanacaq. Məqsəd bu ölkələrin Fələstin dövlətini tanıyanların sırasına qoşulmasına müyəssər olmaqdır. Böyük Britaniya, Avstraliya, Kanada və Portuqaliya, Fransa BMT Baş Assambleyası qarşısında Fələstin Dövlətini rəsmən tanıyıb. Lakin Fələstini tanımayan 34 ölkə var. Biz sadəcə olaraq bu ölkələrlə əlaqə saxlayırıq ki, onları hərəkətə keçirməyə və Fələstini tanıyan ölkələrin sırasına qoşulmağa təşviq edək. 

M.Ştayye onu da əlavə edib ki, o, İsveçrədə xarici işlər naziri İqnazio Kassis ilə görüşüb:

"İsveçrə liderlərinə mesajım çox sadədir: İsveçrə BMT-nin tədbirlərinə ev sahibliyi edən ölkədir. Onun rolu vacib və həlledicidir. İsveçrədə vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və siyasətçilərin koalisiyası rəsmi olaraq Fələstinin tanınmasına dair təşəbbüslə çıxış edib. Onların 100 min imza toplamaq üçün 18 ay vaxtı var. Konkret olaraq, mətn Fələstinin suveren və müstəqil dövlət kimi tanınmasının Federal Konstitusiyada təsbit edilməsini tələb edir.

Aydın Baxış


SON XƏBƏRLƏR

10 Noyabr 2025