• Bakı 17° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

KİV: ABŞ Qəzza yaxınlığında hərbi baza tikməyi planlaşdırır

DÜNYA

11 Noyabr 2025 | 12:59

KİV: ABŞ Qəzza yaxınlığında hərbi baza tikməyi planlaşdırır

ABŞ İsrail-Qəzza sərhədi yaxınlığında hərbi baza tikməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ynetnews” adı açıqlanmayan İsrail rəsmilərinə istinadən məlumat yayıb.

    Bildirilib ki, planlaşdırılan bazanın tikinti xərclərinin 500 milyon dollar olacağı ehtimal edilir.

    Məlumata görə, bazada bir neçə min nəfərdən ibarət olacaq ABŞ hərbçiləri İsrail və HAMAS arasında atəşkəs rejimini nəzarətdə saxlamaq missiyası daşıyacaqlar.

    Qeyd edək ki, layihə baş tutsa, bu, İsrail ərazisində ABŞ-a məxsus ilk genişmiqyaslı hərbi mövcudluq kimi tarixə düşəcək.


    SON XƏBƏRLƏR

    10 Noyabr 2025