• Bakı 10° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

İrəvandan Rusiyaya reyslər ləğv edildi

DÜNYA

11 Dekabr 2025 | 12:53

İrəvandan Rusiyaya reyslər ləğv edildi

Rusiya paytaxtındakı bir neçə hava limanının müvəqqəti bağlanması səbəbindən “Aeroflot” aviaşirkətinin Moskva-İrəvan reysi ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İrəvanın “Zvartnots” hava limanı məlumat yayıb.

Uçuş cədvəlinə əsasən, təyyarə Rusiya paytaxtından dekabrın 11-də İrəvan vaxtı ilə təxminən saat 10:00-da yola düşməli idi.

“Rosaviasiya”nın məlumatına görə isə “Vnukovo” və “Domodedovo” hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Təhlükəsizlik tədbirlərinin PUA-ların hücum təhlükəsi ilə əlaqədar olduğu bildirilir.

Yekaterinburq-İrəvan reysi də təhlükəsizlik səbəbindən təxirə salınıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvanın hava limanlarının bağlı olması səbəbindən eniş edə bilməyib./Axar.az


SON XƏBƏRLƏR