• Bakı C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Pakistan İrana səfərlə bağlı vətəndaşlarına xəbərdarlıq edib

DÜNYA

10 Yanvar 2026 | 12:00

Pakistan İrana səfərlə bağlı vətəndaşlarına xəbərdarlıq edib

Pakistan Xarici İşlər Nazirliyi vətəndaşlarına İrana zəruri olmayan səfərlərdən çəkinməklə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında yazılıb.

Bildirilib ki, təhlükəsizliklərini təmin etmək məqsədilə Pakistan vətəndaşlarına şərait yaxşılaşana qədər İran İslam Respublikasına bütün zəruri olmayan səfərlərdən çəkinmələri tövsiyə olunur.

Hazırda İranda yaşayan Pakistan vətəndaşları isə son dərəcə ehtiyatlı olmağa, ayıq-sayıq davranmağa, vacib olmayan səfərləri minimuma endirməyə və aşağıda göstərilən əlaqə məlumatları vasitəsilə Pakistanın diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqədə qalmağa çağırılıb.

Xatırladaq ki, İranda iki həftədir, mövcud siyasi idarəçiliyin əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. (Report)


SON XƏBƏRLƏR

17 Mart 2026