ABŞ Prezidenti Donald Tramp Super Kubokun fasilə şousunu kəskin tənqid edərək onun Amerika dəyərlərini əks etdirmədiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp "Truth Social" hesabında şounu tamamilə dəhşətli və indiyə qədərki ən pis proqram adlandırıb.
O, "Bad Bunny"nin çıxışını da hədəfə alaraq mahnıların heç kim tərəfindən başa düşülmədiyini deyib.
Tramp şounu balaca uşaqlar üçün uyğun olmayan rəqslərlə Amerikanın böyüklüyünə təhqir kimi qiymətləndirib.
Əli Hüseynov
Bakı 



