• Bakı 10° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Ukrayna Xəzərdəki neft platformasını vurdu

DÜNYA

11 Dekabr 2025 | 12:50

Ukrayna Xəzərdəki neft platformasını vurdu

Ukrayna Təhlükəsizlik Xidməti “Lukoyl-Nijnevoljskneft” şirkətinə məxsus Filanovski adına neft hasilatı platformasına PUA-larla zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna mediası mənbələrə istinadən məlumat yayıb.

“Bu, Ukraynanın Xəzər dənizində neft hasilatı ilə bağlı Rusiya infrastrukturuna ilk zərbəsidir. Dəniz platformasında ən azı dörd zərbə qeydə alınıb. Hücum nəticəsində xidmət göstərən 20-dən çox quyudan neft və qaz hasilatı dayandırılıb. Bu yataq Xəzər dənizinin Rusiya sektorunda ən böyük kəşfiyyat olunmuş yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qaz təşkil edir. Çıxarılan məhsullar Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə ixrac edilir”, - mənbə bildirib.


SON XƏBƏRLƏR