Rusiya müharibənin 1327-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 89 600 PUA-sı, 631 zenit-raket kompleksi, 25 472 tank və digər zirehli texnikası, 1 598 reaktiv yaylım atəş sistemi, 30 381 artilleriya və minaatanı, 43 755 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.