• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda sığınacaq müraciətlərinə sərhəddə baxılacaq

DÜNYA

12 Oktyabr 2025 | 13:31 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda sığınacaq müraciətlərinə sərhəddə baxılacaq

Gürcüstan ərazisinə daxil olmamış şəxslərin sığınacaq müraciətləri bundan sonra birbaşa sərhəddə araşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər nazirinin yeni əmrinə əsasən, ölkənin milli təhlükəsizliyi, ərazi bütövlüyü və ya ictimai asayiş üçün təhdid hesab edilən və ya bu səbəbdən deportasiya olunmuş şəxslərin müraciətlərinə Miqrasiya Departamenti tərəfindən sərhəd məntəqələrində baxılacaq.

Yeni qaydalara əsasən, belə şəxslər sığınacaq istəsələr də, ilkin mərhələdə ölkəyə buraxılmayacaqlar. Müraciətlərə 7 iş günü ərzində baxılacaq və sığınacaq verilib-verilməməsi barədə qərar qəbul ediləcək.

Ərizə müsbət qiymətləndirilərsə, əcnəbi 30 günlük qısamüddətli vizayla ölkəyə daxil ola biləcək. Qərarın verilməsi müddətində müraciət edən şəxslər sərhəd ərazisində yaşayış yeri ilə təmin olunacaqlar.

Qeyd edək ki, bu dəyişiklik Gürcüstanda sığınacaqla bağlı prosedurların sərtləşdirilməsi və təhlükəsizlik amilinin ön plana çəkilməsi ilə izah olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026