• Bakı 20° C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Tuncay Bağırova yüksək vəzifə verildi

MULTİMEDİA

12 Sentyabr 2025 | 16:41

Tuncay Bağırova yüksək vəzifə verildi

Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata əsasən, bu vəzifə Tuncay Bağırova həvalə edilib.

Qeyd edək ki, Tuncay Bağırov 1993-cü ildə anadan olub. O, 2009-2011-ci illərdə Böyük Britaniyanın "St. Clare's Oxford" məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Heriot-Vatt Universitetində İqtisadiyyat və Maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib.

Tuncay Bağırov 2015-2017-ci illərdə Böyük Britaniyada müxtəlif şirkətlərdə investisiya mütəxəssisi kimi fəaliyyət göstərib. O, 2020-2021-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Strateji inkişaf və iqtisadi təhlil şöbəsində baş mütəxəssis kimi çalışıb.

Tuncay Bağırov 2022-ci ildən son təyinatadək "Azərkosmos" ASC-də İnnovasiyalar departamentinin direktoru vəzifəsini icra edib.

Qeyd edək ki, Milli Süni İntellekt Mərkəzi "AZCON Holding" şirkətinə daxildir.


SON XƏBƏRLƏR