• Bakı 17° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

"ChatGPT" istifadəçilərinə PİS XƏBƏR

MULTİMEDİA

28 Sentyabr 2025 | 22:41

ChatGPT istifadəçilərinə PİS XƏBƏR

"OpenAI" şirkəti "ChatGPT"də reklam yerləşdirməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, şirkət "ChatGPT"də reklam formatlarının tətbiqi imkanları da daxil olmaqla, strategiyasında əhəmiyyətli dəyişikliklər olacağını elan edib.

Şirkətin tətbiqlər üzrə yeni direktoru Fici Simo pul qazanma ilə bağlı departamentə rəhbərlik edə biləcək yüksək səviyyəli menecer axtarışına başlayıb. Bu mütəxəssis abunə xidmətlərinin inkişafı və "ChatGPT" də daxil olmaqla, "OpenAI" məhsulları üçün reklam vasitələrinin yaradılmasına cavabdeh olacaq.

Fici Simo texnologiya dünyasında tanınmış simadır. O, əvvəllər Feysbukun inkişafına nəzarət edib və "Meta"nın reklam modelinin genişləndirilməsində əsas rol oynayıb. İndi "OpenAI" onun bu təcrübəsini süni intellekt sahəsinə tətbiq etməyi planlaşdırır.

İnsayderlərin sözlərinə görə, yeni menecer Sem Altmana yox, birbaşa Simoya hesabat verəcək.

Qeyd edək ki, hazırda "OpenAI" "ChatGPT Plus" abunəliklərindən və korporativ həllərdən gəlir əldə edir./publika.az


SON XƏBƏRLƏR

28 Sentyabr 2025