• Bakı 20° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Əfqanıstanda bir sıra sosial şəbəkələrə giriş məhdudlaşdırılıb

MULTİMEDİA

08 Oktyabr 2025 | 18:25

Əfqanıstanda bir sıra sosial şəbəkələrə giriş məhdudlaşdırılıb

Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat" sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.

BVakıvaxtı.az xəbər verir ki, bu barədə "NetBlocks" internet monitorinq xidməti bildirib.

"Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat" sosial şəbəkələri bir neçə provayder tərəfindən məhdudlaşdırılıb. Hadisə ötən həftə internetin kəsilməsindən sonra baş verib", - məlumatda qeyd olunub.

Daha əvvəl "NetBlocks" talibanların əxlaqı qorumaq üçün gördüyü tədbirlər fonunda Əfqanıstanda internetin tam kəsilməsi barədə məlumat vermişdi.

İnternetin bərpası haqqında məlumat hakim "Taliban" hərəkatının ümummilli qadağa qoyulmasını təkzib etməsindən və kəsintiyə köhnəlmiş infrastrukturun səbəb olduğunu bildirməsindən bir neçə saat sonra yayılıb.


SON XƏBƏRLƏR