• Bakı 19° C

    7.17 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Elbrus dağındakı qəzada ölənlərin sayı artdı

DÜNYA

12 Sentyabr 2025 | 20:36

Elbrus dağındakı qəzada ölənlərin sayı artdı

Elbrus dağındakı kanat yolunda 2 nəfərin ölümü, 9-nun yaralanması ilə nəticələnən qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Kabardin-Balkar hakimiyyət orqanlarının məlumatına görə, qəzaya dayaqlardan birində problemin yaranması səbəb olub.

Zərərçəkənlər təxminən 3,8 min metr hündürlükdən təxliyə edilib və onlar hazırda xəstəxanalara çatdırılırlar. Regional Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibb müəssisələri yaralıların qəbulu üçün hazırlıq vəziyyətinə gətirilib.

Kabardin-Balkar İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən və iki nəfərin ölümünə, 9-nun yaralanmasına səbəb olan xidmətlərin göstərilməsi faktı ilə bağlı cinayət işi açıb.

Kanat yolunun operatoru “Elbrus MKD” MMC-dir.

 


SON XƏBƏRLƏR