• Bakı 17° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Rusiyanın 50-dən çox bölgəsində yanacaq qıtlığı yaşanır

DÜNYA

12 Oktyabr 2025 | 18:17

Rusiyanın 50-dən çox bölgəsində yanacaq qıtlığı yaşanır

Ukrayna PUA-larının Rusiya neftayırma zavodlarına endirdiyi zərbələr nəticəsində ölkənin ən azı 57 bölgəsində yanacaq təchizatında problemlər yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

BBC-nin hesablamalarına əsasən, avqust ayından bəri Rusiyanın əksər bölgələrində, xüsusilə yanacaqdoldurma məntəqələrində benzin çatışmazlığı müşahidə olunub. 2025-ci ilin əvvəlindən bu yana Ukrayna PUA-ları Rusiyanın 38 ən iri neftayırma zavodundan 21-nə hücum edib. Bu, 2024-cü ilin ümumi göstəricisindən 48% çoxdur.

“Moskva Tayms” nəşri də bildirib ki, hücumlar Rusiyadakı hər üç neftayırma zavodundan birinə təsir edib. Təkcə avqust ayında 14, sentyabrda 8 və oktyabrın ilk on günündə daha 4 hücum qeydə alınıb.


SON XƏBƏRLƏR

11 Oktyabr 2025