İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunun cinayət işi üzrə 402 şübhəli barəsində ittiham irəli sürülüb.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, "İmamoğlu mənfəət məqsədli cinayət təşkilatı"na qarşı aparılan istintaq çərçivəsində 105-i həbsdə olan 402 şübhəli barəsində ittiham aktı hazırlanıb.
İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında, ümumilikdə, 143 fərqli hərəkət üzrə İstanbul Ağır Cəza Məhkəməsində iddia qaldırılıb.
Barəsində iddia qaldırılan şübhəlilərdən 99-u təşkilat üzvü, bir nəfəri isə təşkilatın qurucusu və lideri (Əkrəm İmamoğlu) kimi göstərilib.
Bakı 



